Avtomobil idxalı 7 dəfədən çox azaldı

Avtomobil idxalı 7 dəfədən çox  azaldı

DGK məlumat yaydı.

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 1742 ədəd avtomobil idxal olunub.

Oxu.Az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə 11 148 avtomobil və ya 7,40 dəfə azdır.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 24 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 509 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 152 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 57 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

0
21