Bakının qanunsuz valyutadəyişmə məntəqələri – VİDEO

Bakının qanunsuz valyutadəyişmə məntəqələri – VİDEO

Bəzi yerlərində “exchang”lər yenidən fəaliyyətə başlayıb.

Qadağan edilsə də, əhalinin sıx olduğu yerlərdə sərbəst valyutadəyişmə məntəqələri açıq-aşkar fəaliyyət göstərir.

Bu barədə Oxu.Az “Xəzər Xəbər”-ə istinadə xəbər verir.

Obyektin daxilinə vurduqları elektron lövhələrdə isə manatın rəsmi kursu göstərilir.

İndi paytaxtın bəzi yerlərində “exchang”lər yenidən fəaliyyətə başlayıb. Belə məntəqələrdən biri də metronun "Əhmədli" stansıyasının yaxınlığındadır.   

Çəkiliş apardığımız zaman isə valyutadəyişmə məntəqələrində çalışanlar qapını bağlayaraq ərazidən uzaqlaşdılar.  Digər məntəqələrdə isə satıcılar qanunsuz fəaliyyət göstərdiklərini bildirirlər.

Belə məntəqələrin bəziləri isə şəhərdəki mağazaların içində fəaliyyət göstərir və çətinə düşən kimi xidmətin olmadığını bildirirlər.

Sözügedən məsələ ilə bağlı Banklar Assosiyasından hələ ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu quruma valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə verilməsinə dair hər hansı rəsmi məlumatın verilmədiyi bildirildi.

İqtisadçı ekspert Vüqar Bayramov isə belə qanunsuz fəaliyyətə görə həmin sahibkarları sərt cəzalar gözlədiyini deyir.  

0
16