Azərbaycan Ordusunun əsgəri şəhid olub

Azərbaycan Ordusunun əsgəri şəhid olub

Müdafiə Nazirliyi məlumat yaydı.

Münaqişəyə dair danışıqlara məhəl qoymayaraq Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində əsgərimiz şəhid olub.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Dərhal görülən tədbirlər nəticəsində qarşıə tərəfin canlı qüvvəsi məhv edilib.

Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

0
13