(R) AXA MBASK sığorta şirkəti tələbələr üçün növbəti kurslar keçirib

(R) AXA MBASK sığorta şirkəti tələbələr üçün növbəti kurslar keçirib

AXA MBASK Sığorta şirkətinin “AXA MBASK Akademiya” proqramı çərçivəsində  Azərbaycan Dövlət İqtisad Universitetin tələbələri üçün keçirtdiyi “Sığorta işinin təşkili” adlı növbəti nəzəri kurslar başa çatmışdır.

Bu kursların əsas məqsədi təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə, sığorta və maliyyə işində ixtisaslaşan tələbələrə dəstək verilməsidir.

Iki gün davam edən kurs sayəsində tələbələr şirkətin iş xüsusiyyətini öyrənərək, sığorta məhsullarının satışı texnologiyası, anderraytinq, şirkətin sənəd dövriyyəsi, sığorta hadisələrin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə ediblər. Mühazirələr AXA MBASK-ın menecerləri və aparıcı mütəxəssisləri tərəfindən aparılıb.

Kursun sonunda 75 tələbəyə müvafiq sertifikatlar təqdim edilib. Əlavə olaraq, bütün tələbələr praktiki kurslara dəvət olunub. Praktiki kursun nəticələrinə görə, ən uğurlu tələbələr, şirkətdə gələcəkdə onlara sığorta sahəsində karyera qurmaq imkanı yaradan yay təcrübəsi keçmək imkanı qazanacaqlar.

0
26