“Real” iki ulduz oyunçunu satışa çıxarır: Zidan narazıdır

“Real” iki ulduz oyunçunu satışa çıxarır: Zidan narazıdır

“Real” Ceyms Rodrigeslə yollarını ayırmağa çalışır. "Kral Klubu" kolumbiyalı ulduzunu "Mançester Yunayted"ə təklif edib (anspress.com). İddiaya görə, "Real" bu futbolçu üçün 60 milyon avro tələb edib. "Qırmızı şeytanlar"ın bir müddətdi Rodrigeslə maraqlandığı məlumdu. Bu səbəbdən transferin baş tutmaq ehtimalı böyükdü.

Bir müddət əvvəl Madridin "Real" klubunun iki ulduzunu satacağı barədə xəbərlər yayılmışdı. Klub rəhbərliyi Rodrigeslə İskonu yola salmaq niyyətindədir. Yayda heyətinə yeni futbolçular cəlb etmək niyyətində olan "Kral Klubu" bu futbolçuların satışından əldə olunacaq gəliri yeni transferlərə sərf edəcək.

Bu məqsədlə klub rəsmiləri artıq indidən işə başlayıb. Komandaya transfer olunacaq futbolçular arasında bir neçə məşhur futbolçunun adı yer alır. Klub rəsmiləri komandaya cəlb olunacaq yeni futbolçuları baş məşqçi Zinəddin Zidanın razılığı əsasında həyata keçirəcək.

0
20