Pentaqon: İŞİD 45% ərazisini itirib

Pentaqon: İŞİD 45% ərazisini itirib

İŞİD terror təşkilatı Iraqda nəzarəti altında saxladığı ərazinin 45%-ni itirib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bəyan edib.

“İraqda terrorçular nəzarəti altında saxladıqları ərazinin 45%-ni, Suriyada isə təxminən 16-20%-ni itiriblər”, deyə P.Kuk bildirib.

Xatırladaq ki, 2014-cü ildə İŞİD silahlıları İraq ərazilərinin 1/3 hissəsini, o cümlədən Mosul şəhərini ələ keçirmişdilər.

0
12