ATƏT Ukraynada müşahidəçilərin sayını 800-ə çatdıracaq

ATƏT Ukraynada müşahidəçilərin sayını 800-ə çatdıracaq

ATƏT Ukraynada müşahidəçilərin sayını 800-ə çatdıracaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in baş katibi Lamberto Zannier bildirib.

“Hazırda Ukraynada 700 müşahidəçimiz var. Onlardan 530-u ölkənin şərqində fəaliyyət göstərir. Müşahidəçilərimizin sayını 100 nəfər artıraraq 800-ə çatdırmağa planlaşdırırıq”, deyə L. Zannier qeyd edib.

Baş katibi həmçinin vurğulayıb ki, missiya üçün xərclər ildə 100 milyon avro təşkil edir.

0
17