Bu kəndə ilk dəfə təbii qaz verildi

Bu kəndə ilk dəfə təbii qaz verildi

SOCAR məlumat yaydı.

Gədəbəy rayonunun Samanlıq kəndinə təbii qaz verilib.

Oxu.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, aprelin 5-də Gədəbəy rayonunun Samanlıq kəndinə ilk dəfə təbii qaz verilib.

Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 212 abonenti olan Samanlıq kəndinin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 18 034 metrlik müxtəlif diametrli metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

0
35