Azərbaycan prezidenti Con Kerri ilə görüşəcək

Azərbaycan prezidenti Con Kerri ilə görüşəcək

Görüş Minsk qrupunun iclası ərəfisndə baş tutacaq.

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin (ABŞ, Rusiya, Fransa) xarici siyasət idarələrinin rəhbərlərinin Qarabağ üzrə iclasından əvvəl ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşəcək.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti nəşrinə Azərbaycan nümayəndə heyətindəki diplomatik mənbə məlumat verib.

“O, Minsk qrupu iclası öncəsi ABŞ-ın dövlət katibi ilə görüşəcək”, — deyə agentliyin həmsöhbəti bildirib.

Bundan öncə İlham Əliyev Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

0
25