İlham Əliyev Mogerini ilə Qarabağı müzakirə etdi

İlham Əliyev Mogerini ilə Qarabağı müzakirə etdi

Görüş keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev Vyanada Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Görüş ATƏT-in Minsk qrupuna üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin iştirakı ilə keçiriləcək Dağlıq Qarabağ üzrə iclas öncəsi baş tutub.

Qeyd edək ki, Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin (ABŞ, Rusiya, Fransa) xarici siyasət idarələrinin rəhbərləri – Con Kerri, Sergey Lavrov və Jan-Mark Eyro ilə görüşü planlaşdırılır.

Vyana görüşünü ATƏT-in Minsk qrupu təşkil edib.

0
29