Rusiyada Türkiyədən ixrac edilən balqabaq və qabağa qadağa qoyulacaq

Rusiyada Türkiyədən ixrac edilən balqabaq və qabağa qadağa qoyulacaq

Məhdudiyyətlər mayın 19-dan qüvvəyə minəcək.

Rusiyanın kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidməti (“Rosselxoznadzor”) Türkiyədən ixrac edilən qabaq və balqabağa qadağa qoyacaq. Məhdudiyyətlər mayın 19-dan qüvvəyə minəcək.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a  Rusiyanın fitosaniar nəzarəti və toxum yoxlama kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidmətinin idarə rəhbəri İrina Andreyevskaya bildirib.

Türk kənd təsərrüfatı məhsullarına qadağanı idarədə “sistematik olaraq karantin obyektlərinin aşkar edilməsi ilə” əlaqələndiriblər. “Rosselxoznadzor”un nümayəndəsinin sözlərinə görə, Türkiyədən Rusiyaya ixrac edilən balqabağın partiyası elə də böyük deyil.

Mayın 12-də “Rosselxoznadzor”da Türkiyədən ixrac edilən bütün meyvə-tərəvəzlərə qadağa qoyulmasının mümkün müzakirəsi barədə məlumat yayıb. 

0
26