Kerri ilə Lavrov arasında görüş keçirilir

Kerri ilə Lavrov arasında görüş keçirilir

Vyanada Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ, Ukrayna və Suriyadakı vəziyyət müzakirə olunur.

Məlumata əsasən, bu gün Rusiya XİN rəhbəri fransalı həmkarı və dövlət katibi ilə birgə Minsk qrupunun həmsədrləri qismində Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak edəcəklər.

Sabah isə Avstriyanın paytaxtında nazirlər səviyyəsində Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclası keçiriləcək.

0
29