Vyanada Moqerini, Əliyev və Sarkisyanın görüşü başladı

Vyanada Moqerini, Əliyev və Sarkisyanın görüşü başladı

“Prezidentləri Minsk qrupuna həmsədrlik edən ölkələrin XİN rəhbərləri ilə məsləhətləşmələr aparacaqlar”.

Avropa diplomatiyasının rəhbəri Federika Mogerini Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş keçirir. 

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a nümayəndə heyətlərindən birindəki mənbə bildirib. 

“Mogerini Əliyev və Sarkisyanla görüşür. Daha sonra iki ölkə prezidentləri ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin (ABŞ, Rusiya, Fransa) XİN rəhbərləri ilə məsləhətləşmələr aparacaqlar”, - deyə, o, bildirib.

0
32