Ermənistan “Eurovision 2016”nın nəticələri ilə razı deyil

Ermənistan “Eurovision 2016”nın nəticələri ilə razı deyil

Petisiyanı 23 min insan imzalayıb.

Ermənistan “Eurovision 2016”nın nəticələri ilə razı deyil.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, Change.org saytında “Eurovision 2016” beynəlxalq mahnı müsabiqəsinin nəticələrinə yenidən baxılması ilə bağlı petisiya yerləşdirilib.

Müraciətin müəllifi Yerevandan olan Artur Ovannisyandır. Petisiyanı 23 min insan imzalayıb.  

“Bu petisiya “Eurovision 2016”nın nəticələri ilə razı olmayan bütün fanatlardan Avropa Yayım Birliyinə ünvanlanıb”, - müraciətdə deyilir.

Xatırladaq ki, “Eurovision 2016”nın qalibi ukraynalı müğənni Camala olub. İkinic yerdə Avstraliya, üçüncü isə Rusiya təmsilçisi qərarlaşıb.

0
21