Sabiq vəzifəli şəxsin həbs müddəti uzadılıb

Sabiq vəzifəli şəxsin həbs müddəti uzadılıb

Fətullah Seyidov 2015-ci ilin noyabrında həbs edilib.

Binəqədi Rayon Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, istintaq orqanının verdiyi təqdimat təmin olunub və F.Seyidov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, F.Seyidov 2015-ci ilin noyabrında həbs edilib. 

O, Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə) maddəsi ilə ittiham olunur. Bundan əvvəl Binəqədi Rayon Məhkəməsinin qərarı ilə F.Seyidov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

0
25