Sumqayıtda “Qarabağ Kuboku” layihəsi keçirildi

Sumqayıtda “Qarabağ Kuboku” layihəsi keçirildi

Qaliblərlə xatirə şəkli çəkildi.

Sumqayıt şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Xəzər” İntellektual Oyunlar Klubu, “Azərbaycan”  İntellektual Oyunlar Klubu, “Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi”, “Gənclərin İntellektual İnkişafı Mərkəzi” və  “AzəriKimya” İstehsalat tərəfdaşlığı ilə “Sumqayıt Şəhər Məktəblilərarası Qarabağ Kuboku” layihəsi keçirildi. 

Oxu,Az xəbər verir ki, layihə 4 seçim turu və final mərhələsindən ibarət olmaqla ümumilikdə 5 gün baş tutub.

“Qarabağ Kuboku” layihəsi çərçivəsində təşkil olunan seçim turlarında Sumqayıt şəhərinin məktəblilərindən ibarət 45-dən çox komanda iştirak etdi. Seçim turları nəticəsində onlardan ən güclü 4 komanda finala vəsiqə qazandı. Layihənin final mərhələsi Sumqayıt Şəhər Gənclər Evində baş tutub.

Tədbirdə açılış nitqi ilə çıxış edən layihə rəhbəri Emil Yusublu turnirin keçirilməsində məqsədin məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması olduğunu qeyd etdi.Həmcinin dövlətin gənclərə olan qayğısından geniş söz acid.

“Qarabağ Kuboku” layihəsinin finalı “Xəmsə” Milli İntellektual Oyunu formatında keçirildi. Yarışmada dördüncü yeri 28 saylı məktəbi təmsil edən “Lider” komandası, üçüncü yeri 14 saylı məktəbi təmsil edən “Məntiq” komandası, ikinci yeri 31 saylı məktəbi təmsil edən “Qriffindor” komandası tutub. Qarabağ Kubokunun sahibi isə 22 saylı məktəbi təmsil edən “Bermud” komandası olub. Məktəblilərarasında keçirilən bu layihə böyük maraq doğurdu.

Qaliblər kubok, medal və diplomlar, National Geographic Azərbaycan jurnalları ilə mükafatlandırıldılar..Sonda qaliblərlə xatirə şəkli çəkildi.

0
24