“Eurovision” 2016 qalibi dəyişə bilər – YENİ QALMAQAL

“Eurovision” 2016 qalibi dəyişə bilər – YENİ QALMAQAL

“Eurovision” 2016 mahnı müsabiqəsində ciddi səhvə yol verilib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qiymətləndirmə mərhələsində iştirak edən Danimarka nümayəndəsi Hilda Heyk səhvən Danimarkanın ən yüksək səsini ( 12 bal) Ukraynaya verib.

H.Heyk  bildirib ki, əslində 12 balı Avstraliya təmsilçisi Dami İmin ifa etdiyi “The Sound of Silence” mahnısına vermək istəyiblər.

Ukraynaya heç 1 bal belə vermək istəmədiklərini deyən Danimarka nümayəndəsinin dediklərini nəzərə alsaq, onda Danimarkanın səsvermə növbələşməsi əslində

Belə deyil:

Ukraine – 12 points

Australia – 10 points

Belgium – 8 points

The Netherlands – 7 points

Bulgaria – 6 points

Lithuania – 5 points

Sweden – 4 points

United Kingdom – 3 points

Israel – 2 points

Spain – 1 point

Belə olmalıymış:

Australia – 12 points

The Netherlands – 10 points

Belgium – 8 points

Sweden – 7 points

Bulgaria – 6 points

Spain – 5 points

Israel – 4 points

Russia – 3 points

Lithuania – 2 points

France – 1 point

Səhvini növbəti  gün başa düşən Hilda Heyk buna görə hələ də özünü narahat hiss edir.

Xatırladaq ki, o eyni səhvi yarımfinalda da etmişdi. Belə ki, o yarımfinalda ən yüksək balı səhvən Makedoniya təmsilçisi Kaliopiyə vermişdi.

Qeyd edək ki, Avropa Yayım Birliyinə (EBU) məsələ ilə bağlı müraciət edilib.  Lakin qurumun məsələ ilə bağlı hər hansı bir planı yoxdur.

Səsvermə nəticələri nəzərə alınaraq Ukraynanın topladığı 534 baldan 12 xal geri götürülərək Avstraliyanın topladığı 511 bala əlavə olunsa, Dami İm 1 xal fərqlə qalib hesab edilə bilər.

0
30