Niyam Salami bolqar müğənninin mahnısını oxudu

Niyam Salami bolqar müğənninin mahnısını oxudu

Azərbaycanlı müğənni Niyam Salami yaradıcılığında yenilik edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, “Anlasana” adlı mahnı oxuyub: “Yeni ifa etdiyim mahnının sözləri prodüserim Elvin Aydına, musiqisi isə bolqar ifaçı Edvinə məxsusdur. Bu mahnını da həmin müğənninin razılığı ilə oxumuşam. Mahnıda canlı alətlərdə məni bolqar musiqiçilər müşayiət edib. Ritmik versiyada olan bu mahnının seviləcəyinə əminəm”.

Qeyd edək ki, “Anlasana” adlı bəstənin aranjimanı Fərid İmana məxsusdur.                                                                

0
52