Türkiyədə yaşayan azərbaycanlı model podiuma çıxdı

Türkiyədə yaşayan azərbaycanlı model podiuma çıxdı

 Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Könül Əzizova “Baku Fashion Week” moda həftəsi çərçivəsində dizayner Güllüm Əsədullayevanın kolleksiyanın nümayişində baş model kimi podiuma çıxıb. Lent.az-ın məlumatına görə, dizayner öncə uşaqlar üçün nəzərdə tutulan kolleksiyanı nümayiş etdirib. Daha sonra böyüklər üçün ziyafət paltarları təqdim olunub.
 

 
Qeyd edək ki, “Baku Fashion Week 2016” moda həftəsi Lyubov Qutorova model agentliyi, Hafiz Ağayev prodüser mərkəzi və beynəlxalq “ID Fashion” kanalı tərəfindən təşkil olunub.

0
28