Səmra: Bu, uzun və çətin səfər idi

Səmra: Bu, uzun və çətin səfər idi

“Mən öyrəndim ki...”.

“Eurovision 2016” nın finalında 26 ökə arasında 117 xalla 17-ci yerdə qərarlaşan təmsilçimiz Səmra Rəhimli sosial şəbəkə vasitəsilə sevənlərinə müraciət edib.

Oxu.Az xəbər verir ki, ifaçı ingilis dilində yazdığı müraciətində bunları qeyd edib:

“Əziz dostlar! Bu, uzun və çətin səfər idi. Son aylarda biz bir çox şəhərlərdə olduq və Avropanın hər yerindən mənim azarkeşlərim və tərəfdarlarım ilə görüşdük.

Mən öyrəndim ki, heç nə insana ailə, dostlar və əsl azarkeş dəstəyindən daha çox güc verə bilməz, onların harada yaşamaqlarından və ya hansı dildə danışmaqlarından asılı olmayaraq. Siz möcüzələrə inanmağa mənə daha çox səbəb verirsiniz!

Çox sağ olun, mənim möcüzə komandam!

Məhəbbətlə, Səmra”.

Aytən Sadıqzadə

0
30