Lebedev: Qarabağ münaqişəsi fəal fazaya keçməyəcək

Lebedev: Qarabağ münaqişəsi fəal fazaya keçməyəcək

“Münaqişə dünən başlamayıb”.

Dağlıq Qarabağ münaqişəsi daha fəal silahlı fazaya keçməyəcək. 

Oxu.Az RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri İqor Lebedev (RLDP) belə hesab edir. 

“Əgər nəzərə alsaq ki, bu münaqişə dünən başlamayıb, 20 ildən çoxdur ki davam edir və bu müddətdə orada prinsipcə sülh saxlanılıb. Düşünürəm ki, qığılcımlar, kiçik atışmalar hələ bir müddət olacaq, amma silahlı münaqişənin akitv fazası artıq olmayacaq”, - Lebedev bildirib və qeyd edib ki, atəşin dayandırılmasını yalnız müsbət qiymətləndirir. 

Onun fikrincə, yalnız diplomatik yolla, danışıqlar yolu ilə, dialoq aparmaqla Dağlıq Qarabağ deyil, dünyada bu gün mövcud olan sülh məsələlərinin həlli üçün silahın istifadə edildiyi bütün problemləri həll etmək olar.

0
33