“Eurovision” da jüri və televiziya səsverməsi balları açıqlanıb

“Eurovision” da jüri və televiziya səsverməsi balları açıqlanıb

Avropa Yayım Birliyi “Eurovision-2016” mahnı müsaiqəsində iştirak edən ölkələrin yarımfinallarda jüri və televiziya səsverməsi ballarını açıqlayıb.

APA-nın məlumatına görə, Azərbaycan iştirak etdiyi ilk yarımfinalda 6-cı yeri tutub. Ən yüksək jüri səsini verən ölkə 10 balla İsveç olub.

Yarımfinalda yer alan İslandiya, Bosniya-Herseqovina və Finlandiya finala vəsiqə əldə edə bilməyib. İkinci yarımfinalda isə Norveç, İrlandiya və Belorus uğursuzluğa düçar olub.

Azərbaycan 17-ci yeri tutmasına baxmayaraq, İspaniya, Almaniya, Böyük Britaniya, hətta builki müsabiqənin əsas favoritlərindən hesab edilən, Sanya Vuçiç tərəfindən təmsil olunan Serbiyanı qabaqlaya bilib. 2011-ci ildən bəri ilk dəfə Azərbaycanın müsabiqəyə göndərdiyi mahnı Avropada hitə çevrilib. Dünyanın ən məşhur online musiqi dinləmə platforması olan "Spotify"da Səmra Rəhimlinin ifa etdiyi “Miracle” mahnısı yarım milyon dəfə dinlənib. “Miracle” mahnısının klipi ümumilikdə beş milyon üç yüz min dəfə izlənərək hətta müsabiqənin favoriti Sergey Lazarevin “You are the only one” mahnısının klipini geridə qoyub. Bununla yanaşı, Azərbaycanın mahnısı Almaniya, Niderland, Norveç, İspaniya, Rusiya, Avstriya, İsrail, Finlandiya, İsveçrə və Belçika kimi ölkələrdə ən çox dinlənən mahnılar siyahısına daxil olub.

0
30