Dünyanın ən yaraşıqlı kişisi evləndi – FOTO

Dünyanın ən yaraşıqlı kişisi evləndi – FOTO

Məşhur cütlük ilk rəqslərini isə “Fly to the Moon” adlı mahnıyla ediblər.

Aktyor Kenan İmirzalıoğlu ilə aktrisa Sinem Kobalın Ayvalık Cunda adasında toyu olub.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, toya cütlüyün ailələri, yaxınları, dostları və tanınmışlar olmaqla 300 nəfər qatılıb.

Sinem Kobalın nikah şahidliyini vəfat edən xalası Gülay Derecinin həyat yoldaşı Erdal Dereci, Kenan İmirzalıoğlunun nikah şahidliyini isə Ahmet Sınav edib.

Cütlük nikahın kəsiləcəyi məkana Queen gitara introlu toy marşı ilə girib.

Daha sonra 28 yaşlı Sinem və 41 yaşlı  Kenan, Glykerianın “Ta tragoudia Mou” mahnısı ilə qonaqlar arasından bəy-gəlin masasına doğru addımlayıblar. Məşhur cütlük ilk rəqslərini isə “Fly to the Moon” adlı mahnıyla ediblər.

Qeyd edək ki, Kenan İmirzalıoğlu 1997-ci ildə “Best Model of Turkey” seçmələrinə qatılıb və 4000 nəfərin arasından ilk 20-yə seçilib, sonra isə  Türkiyə finalında birinci olub. Həmin il “Best Model of The World”ə qatılıb, ilk dəfə bir türk kişi “Best Model of The World”də birinci olub.

Sinem Kobal dörd yaşında Yıldız Alper balet məktəbində başladığı balet təhsilinə səkkiz il davam edib. Orta məktəb illərində oyanıdğı voleybol komandası ikinci yer və step üzrə birincilik qazanıb. İndi isə latın rəqsləri və aykido idman növü ilə məşğuldur. 

Aytən Sadıqzadə

0
25