Ərdoğan "Eurovision-2016" qalibini təbrik edib

Ərdoğan "Eurovision-2016" qalibini təbrik edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Eurovision – 2016” Mahnı Müsabiqəsinin qalibi, ukraynalı iştirakçı Camalanı təbrik edib.

APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti ukraynalı iştirakçıya zəng edərək ifaçıya gələcək sənət işlərində uğurlar arzulayıb.

Camala Türkiyə prezidentinin zəngini və diqqətini yüksək qiymətləndirib, ona təşəkkür edib.

Qeyd edək ki, yarışmada Camala Krım tatarlarının deportasiyasına həsr olunmuş “1944” mahnısını ifa edərək, 534 xalla birincilik əldə edib.

0
38