ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilir – YENİLƏNİB

ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilir – YENİLƏNİB

Müzakirələr aparılır.

ATƏT Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Minsk qrupunun həmsədrləri adından çıxış edən amerikalı həmsədr Ceyms Uorlik və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ATƏT-ə üzv olan 57 dövləti Dağlıq Qarabağ münaqişəsində son baş verən hadisələrlə bağlı məlumatlandırıb.

Oxu.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, C. Uorlik və A. Kaspşik hərbi əməliyyatların dayandırılmasını alqışlayıb, tərəfləri atəşəkəsə hörmətlə yanaşmağa çağırıb.

Onlar vurğulayıblar ki, davamlı atəşkəs əsasında siyasi proesə qayıtmaq çox vacibdir.

ATƏT-ə üzv olan dövlətlər razılığa gəliblər ki, son eskalasiya çox narahatlıq doğurur və ATƏT-in münaqişənin sülh yolu ilə həllini asanlaşdırmaq üçün mərkəzi rol oynamağa davam etməsi vacibdir: “ATƏT-ə üzv olan bütün dövlətlər Minsk qrupunu və həmsədrlərin fəaliyyətini dəstəkləməlidir”.

Qeyd olunub ki, həmsədrlər tezliklə A. Kaspişklə birlikdə regiona səfər edəcəklər.

Bununla yanaşı, A. Kaspşikin vəziyyət imkan verən kimi hərbi eskalasiya baş vermiş bölgələrə baş çəkəcəyi bildirilib.

18:41

ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri Pyer Andryu və İqor Popov bu gün Bakıya gəlirlər.

Oxu.Az-ın məlumatına görə, bu barədə Fransanın ATƏT-dəki səfiri Veronika Loger Lakan özünün “twitter” səhifəsində yazıb.

ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik isə daha onlara qatılacaq.

Həmsədlərin Xankəndi və Ermənistana da səfərləri olacaq.

17:43

Biz ATƏT-in Minsk qrupu ölkələri, o cümlədən ATƏT-ə 2017-ci ildə sədrlik edəcək Avstriya və 2015-ci ildə sədrlik etmiş Serbiya təmas xəttində görünməmiş zorakılığın artmasını güclü şəkildə pisləyirik.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu ölkələrinin birgə bəyanatında deyilir.

Xatırladaq ki, bu gün Vyanada ATƏT-in Minsk qrupu ölkələrinin geniş formatda görüşü baş tutub. 

0
25