Ərdoğan Camalını təbrik etdi

Ərdoğan Camalını təbrik etdi

Krımlı tatar sənətçi müsabiqədə 534 xalla birinci olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Evrovision”  müsabiqəsinin qalibi Camalanı təbrik edib.

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident bu səhər telefonla ukraynalı ifaçıya zəng edib. Ərdoğan krım tatarlarının faciəsini anladan mahnı ilə qalibiyyət qazanan Camalaya bundan sonrakı sənət fəaliyyətində də uğurlar azru edib. 

Krımlı tatar sənətçi Camala prezidentin təbrik zəngini çox yüksək qiymətləndirib, ona təşəkkürlərini çatdırıb.

Qeyd edək ki, Camala müsabiqədə Krım tatarlarının deportasiyasına həsr olunmuş “1944” mahnısını ifa edərək, 534 xalla birinci olub.

0
23