Azərbaycanlıların yaşadığı kənddə "İŞİD"in silah anbarı tapıldı

Azərbaycanlıların yaşadığı kənddə "İŞİD"in silah anbarı tapıldı

Dərbənd rayonunun Rükel kəndində yaxınlığında yerləşən meşədə İŞİD yaraqlılarına aid silah anbarı tapılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, anbarda 30 kiloqramlıq çəlləkdə partlayıcı hazırlamaq üçün ammiak, digər partlayıcı qurğular, xeyli ərzaq da aşkar edilib.

Bu arada ötən gün Dərbənddə baş verən hadisənin bəzi təfərrüatları da bəlli olub. Dərbənddəki mənbəmizin verdiyi məlumata görə, şəhərin sabiq meri Feliks Qazıəhmədovun atası Hacıəhməd Qazıəhmədovun qətlində şübhəli bilinən şəxslərin saxlanılması üçün əməliyyat zamanı yaraqlılar sərt müqavimət göstəriblər. Yaraqlıların Qala küçəsində gizləndiyi 5 mərtəbəli binanın sakinlərinin qeydiyyatını yoxlayan zaman mənzillərdən birində gizlənən yaraqlılar Dərbənd şəhər polis idarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Musa Musayev, Dərbənd şəhər polis idarəsinin rəisi Mavluddin Maqomedov, habelə sahə müvəkkili Eldar Həsənova avtomatdan atəş açıblar. Nəticədə Musayev öldürülüb, Həsənov və Maqomedov isə ağır yaralanıblar.

"Ümumiyyətlə əməliyyat zamanı 17 polis işçisi yaralanıb, 4 yaraqlı isə öldürülüb. Yaralı polislər Dərbənd və Mahaçqala xəstəxanalarına yerləşdiriliblər” deyə mənbə bildirib.

0
22