Əhməd Şokri: Azərbaycanla turizim sahəsində əməkdaşlıqda qətiyyətliyik

Əhməd Şokri: Azərbaycanla turizim sahəsində əməkdaşlıqda qətiyyətliyik

“Qonaqpərvər ölkə olaraq Misirin qapıları hər kəsə açıqdır”.

Azərbaycana ilk dəfədir təşrif buyururam və bundan da böyük qürur duyuram. Artıq ilk səfərimdən etibarən, Azərbaycanda sürətli inkişafı görürəm və bu, məni təəccübləndirir. Bu isə turizm sahəsində Azərbaycanın gələcəkdə mühüm bir ölkə olacağına işarədir.

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Misir Turizm İdarəsinin Planlaşdırma şöbəsinin rəhbəri Əhməd Şokri jurnalistlərə deyib.

“Azərbaycana gəlməyimizdə əsas məqsəd bu ölkə ilə bir çox sahələrdə əlaqələrimizi və əməkdaşlığımızı gücləndirməkdir. Buna nail olmaq üçün biz kifayət qədər qətiyyətliyik. Məhz bu səbəbdən də bizim nümayəndə heyətimiz, rəsmilər, turizm şirkətləri, tur operatorları və hava yolları nümayəndələri də Bakıda səfərdədir.

Bizim hədəfimiz Azərbaycandan turistlərin cəlbi ilə yanaşı, Misirdən də Azərbaycana turistlərin gəlməsi, axınını təmin etməkdən ibarətdir. Qonaqpərvər ölkə olaraq Misirin qapıları hər kəsə açıqdır. İstərdik ki, azərbaycanlılar da bu fürsətdən yararlansınlar”, - deyə Ə.Şokri qeyd edib.

“Çox maraqlı bir məqama da toxunmaq istərdim ki, bu il mart ayının 29-da Misir Ərəb Respublikasının prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyevi diplomatik əlaqələrin daha gücləndirilməsinə məqsədi ilə rəsmi səfərə dəvət edib”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın 50-yə yaxın turizm şirkəti ilə Misir turizm şirkətləri arasında da görüşün baş tutacağı gözlənilir.

0
19