Qəbiristanlıq direktoru həbs edildi

Qəbiristanlıq direktoru həbs edildi

Moskvadakı “Xovanskaya” qəbiristanlığının direktoru Yuri Çuquyev həbs edilib. Lent.az-ın mk.ru-ya istinadən məlumata görə, o, ötən gün qəbirsitanlıqda baş verən qanlı hadisənin baş verməsində birbaşa günahkar hesab edilir.

Xatırladaq ki, Moskvadakı “Xovanskaya” qəbiristanlığının atışma ilə müşayiət olunan kütləvi dava zamanı 3 nəfər ölüb, 23 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.

Məlumata görə, davada azı 200 nəfər iştirak edib, onlardan 90 nəfəri saxlanılıb.

0
16