Aşıq Əli: "Özümə "Nömrə 1" demirəm"

Aşıq Əli: "Özümə "Nömrə 1" demirəm"

Aşıq Əli Tapdıqoğlu və aşıq Samirə duet ifa edəcək.  Bu barədə Lent.az-a aşıq Əli məlumat verib. Mahnının adını açıqlamayan aşıq bunları deyib: “Hər kəsin dinləyib zövq alacağı bir duet ərsəyə gəlir. Bu qənaətə gəldik ki, duet hazır olana qədər adını bəlli etməyək. Samirə xanımla bir çox tədbirlərdə, konsertlərdə birgə çıxış edirik. Canlı ifalarımız çox olub. Bunu nəzərə alaraq bir neçə duet yazdırmaq qərarına gəldik”.

Aşıq Əli onun aşıqlar arasında “nömrə 1” olması ilə bağlı canlı efirdə səslənən fikrə də aydınlıq gətirib: “Bu ifadəni çox eşidirəm. Amma mən özüm-özümə "nömrə 1" demirəm.  Mənə də maraqlı olardı ki, ictimaiyyət arasında sorğu aparılsın və kimin 1-ci olduğunu onlar müəyyən etsin”.

0
17