Yerevanda Qarabağın “müstəqilliyini” tanımadılar

Yerevanda Qarabağın “müstəqilliyini” tanımadılar

“Bu, danışıqlar prosesinin pozulmasına gətirib çıxara bilər”.

Hazırda qondarma “DQR” “müstəqilliyinin” tanınmasının vaxtı deyil.

Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında qanun layihəsinin müzakirəsi zamanı XİN rəhbərinin müavini Şavarş Koçaryan bəyan edib.  

“Ermənistan XİN “DQR” tanınmasına dair qanun layihəsi üzrə müsbət rəy verməyib, qeyd edilib ki, hazırda onun tanınması məqsədəuyğun deyil. Bu, danışıqlar prosesinin pozulmasına gətirib çıxara bilər”, - Koçaryan deyib.

Komissiyanın sədri Artak Zakaryan bəyan edib ki, “DQR” tanınmasına “emossional” yanaşmaq olmaz.

“Azərbaycandan başqa, “DQR” tanınmasına qarşı olan ölkə yoxdur, amma hər şeyi beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun mövqeyi çərçivəsində həyata keçirmək lazımdır”, - o deyib.

“Yanaşmamızı nəzərə alaraq qanun layihəsinə mənfi rəy verməyi təklif edirəm”, - Zakaryan qeyd edib.

0
20