Azərbaycanlı milyarder yaxtasını satdı

Azərbaycanlı milyarder yaxtasını satdı

Satışdan sonra “Red Sapphire” adını alıb.

Rusiyada iri neft şirkəti LUKOIL-un əsas səhmdarı “Forbes”in dəyərləndirməsinə görə, sərvəti 8,9 milyard dollar (Rusiya siyahısında 9-cu yerdə olan) Vahid Ələkbərov ona məxsus 50 metrlik “Galactica” yaxtasını satıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Boatinternational.com” saytı məlumat yayıb.

Yaxtanın yeni sahibinin adı və satış məbləği açıqlanmayıb, amma yaxta satışdan sonra “Red Sapphire” adını aldığı qeyd edilib.

Bazar ertəsi Rusiya “Forbes”i yaxtanın satışı barədə məlumatın yaxta brokerləri içərisində olan mənbənin bildirdiyi barədə məlumat yayıb. LUKOIL-da “Forbes”in məlumatı dərc etdiyi zaman bu barədə şərh verilməyib.  

Mart ayında Ələkbərovun yeni 70 metrlik “Galactica Super Nova” suya buraxılıb. Mayın əvəlində “Boatinternational.com” yaxtanın Aralıq dənizi üzrə yay kruizi və sentyabrda “Monaco Yacht Show”dan öncə Şimal dənizində sınaqdan keçirildiyi barədə məlumat yayıb.

“Galactica Super Nova” – “Heesen Yachts” tərəfindən qurulan iri superyaxtadır. Maksimal sürəti 30 dəniz milidir. Yaxtada iri üzgücülük hovuzu, yaxtanın burnunda və aşağı göyərtədə 12 qonaq üçün altı kayuta, əsas göyərtə də isə sahibin yataq otağı quraşdırılıb.   

0
16