Azərbaycanda hökm sürəcək hava şəraiti açıqlandı

Azərbaycanda hökm sürəcək hava şəraiti açıqlandı

Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən Oxu.Az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-16 , gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

0
20