Mogerini Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək

Mogerini Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək

“Münaqişənin hərbi həlli yoxdur”.

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Mogerini mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək.

Oxu.Az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Ermənistandakı heyətinin rəhbəri Petr Svitalski bildirib.

“Münaqişənin hərbi həlli yoxdur. Və mayın 16-da Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Mogerini bu çağırışla Ermənistan və Azərbaycan prezidentlərinə müraciət edəcək”, - P.Svitalski bəyan edib.

0
33