Abel Məhərrəmovun oğlu səfir təyin olundu

Abel Məhərrəmovun oğlu səfir təyin olundu

İlham Əliyevdən yeni təyinat.

Azərbaycanın İspaniya Krallığında yeni səfiri təyin olunub.

Oxu.Az-ın məlumatına görə, prezident İlham Əliyev Anar Abel oğlu Məhərrəmovun Azərbaycanın İspaniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə A. Məhərrəmova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Qeyd edək ki, A. Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğludur.

0
53