Artur Rasizadənin Gürcüstana səfəri başlayıb

Artur Rasizadənin Gürcüstana səfəri başlayıb

Baş nazir Şərq-qərb enerji dəhlizinin toplantısında çıxış edəcək.

Azərbaycanın baş naziri Artur Rasizadə Gürcüstana səfərə gedib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Artur Rasizadəni Tiflis hava limanında Gürcüstanın energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıb.

Daha sonra Azərbaycanın baş naziri ilə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili arasında görüş başlayıb.

Artur Rəsizadə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə də görüşəcək.

Bu gün Azərbaycanın baş nazirinin Tiflisdə keçirilən Şərq-qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda iştirakı və çıxışı gözlənilir.

0
12