Bakıda iki qadın bankomatı sındırdı

Bakıda iki qadın bankomatı sındırdı

DİN məlumat yayıb.

Bakıda iki qadın bankomata hücum edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, mayın 15-də saat 04.00-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki “Bank VTB” ASC-yə məxsus Bakıxanov filialından Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş Sabunçu Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən orada quraşdırılmış bankomatın ekran şüşəsinin sındırılması müəyyən edilib. Bankomatın qarşısında dayanmış əllərində daş olan Bakı şəhər sakinləri Almaz Muradova və Elmira Muradova saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər.

0
14