“Old Traffor”da təxliyyə edilənlər arasında azərbaycanlılar da olub

“Old Traffor”da təxliyyə edilənlər arasında azərbaycanlılar da olub

Baş verənlər barədə azarkeş danışıb.

İngiltərənin futbol üzrə Premyer liqasının 38-ci turunda “Mançestr Yunayted” - “Bornmut” komandaları arasında keçiriləcək matç terror aktı ehtimalına görə təxirə salınıb. Təxliyyə olunanlar arasında azərbaycanlı azarkeşlər də olub.

Oxu.Az xəbər verir ki, bu barədə BBC-yə azarkeşlərdən biri danışıb.

“Biz Azərbaycandan gəlmişik. 8 saat çəkən uçuşdan sonra Mançestrə çatdıq. Ümid edirik ki, oyun daha təxirə salınmayacaq”, - azarkeş bildirib.

Qeyd edək ki, mayın 15-də keçiriləcək matç, “Old Trafford” stadionunda şübhəli zərf aşkar edildikdən sonra təxirə salınıb.

İki tribuna təxliyyə edilib. Matç mayın 17-nə Bakı vaxtı ilə saat 23:00-a keçirilib. (Report)

0
18