Xədicə İsmayılın kasassiya şikayətinə baxılacağı vaxt bilindi

Xədicə İsmayılın kasassiya şikayətinə baxılacağı vaxt bilindi

O, 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə olan jurnalist Xədicə İsmayılın Apellyasiya Məhkəməsinin qərarından verdiyi kasassiya şikayətinə baxılacağı vaxt müəyyən olunub. Şikayətdə jurnalist azadlığa buraxılmasını istəyib. 

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə X.İsmayılın vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, kasassiya şikayətinə mayın 25-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb. X.İsmayılın vəkilləri həmin qərardan kasassiya şikayəti verib və jurnalistin azadlığa buraxılmasını istəyiblər.

0
6