Bakıdan Misirə aviareysin qiyməti açıqlandı

Bakıdan Misirə aviareysin qiyməti açıqlandı

Uçuş cəmi 4 saat davam edəcək.

Azərbaycanlıların Misirdəki turizm imkanlarından faydalanması baxımından, Misir Turizm Nazirliyi və Misirin turoperatorları hər iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirmək əzmindədirlər. Bu gün Azərbaycanlı turistlərə yeni və yüksək keyfiyyətli cəlbedici turizm paketləri təklif etməyə hazırdırlar.

Oxu.Az xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Misir Ərəb Respublikasının rəsmi nümayəndələri bu gün jurnalistlər üçün təçjil edilən mətbuat konfransında deyiblər.

"2011-2013-cü illərdə Misirə səfər edən Azərbaycanlı turistlərin sayında müəyyən azalnadan sonra Azərbaycanlılar arasında Misir kurortlarınınpopulyarlığı yenidən artmışdı.

Belə ki, son iki il ərzində Misiri minlərcə Azərbaycanlı ziyarət edib. 

Dekabr, yanvar, mart səyahət üçün daha populyar aylar hesab olunur".

Nümayəndələrin verdiyi məlumata görə Bakıdan Misirə birbaşa təyyarə reysinin açılması planlaşdırılır.

"Kurortlara səfər etmək də çətin deyil-ən yaxın zamanda Bakıdan birbaşa təyyarə reysinin açılması planlaşdırılır.

Uçuş cəmi 4 saat davam edəcək və bir biletin qiyməti orta hesabla 350 dollar təşkil edəcək".

Qeyd edək ki, bu gün təşkil edilən mətbuat konfransında Misir Ərəb Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri xanım Süzan Muhammad Hamil də iştirak edir. Şarm Əl-Şeyx-Bakı birbaşa aviareysi barədə qərar mayın 19-dək qəbul ediləcək.

Ülviyyə R. Ali

0
11