Avropa Parlamentinin deputatlarından Qarabağla bağlı - BƏYANAT

Avropa Parlamentinin deputatlarından Qarabağla bağlı - BƏYANAT

“Baş verən hadisələr birbaşa bizə təsir edir”.

Aprelin 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağ bölgəsində Azərbaycanla Ermənistan arasında görünməmiş gərginlik baş verib və bu çoxsaylı ölüm və itkilərə səbəb olub.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Avropa Parlamentinin deputatları Raşida Dati (Fransa), Kristian Busoi (Rumıniya), İveta Qriqul (Latviya), Anna Fotyqa (Polşa), Ramona Manesku (Rumıniya) və İvo Vajglın (Sloveniya) birgə bəyanatında deyilir.
 
Deputatlar zorakılıq nəticəsində həyatlarını itirmiş şəxslərin ailələri ilə həmrəy olduqlarını ifadə ediblər: “1988-ci ildə Dağlıq Qarabağ regionu dağıntı, zorakılıq və faciə səhnəsi olub. Media daim insidentlər barədə məlumatlar verir. Lakin ilk dəfədir ki, qəddarlıq bu dərəcədə intensiv olub”.
 
Bəyanatda bildirilir ki, Avropa İttifaqı üçün problemin beynəlxalq hüquqa hörmət, etimad və qarşılıqlı razılaşma tədbirlərinə əsaslanacaq sülh yolu ilə həlli üçün öhdəliyi üzərinə götürməyin vaxtıdır: 

“Uzun müddət Avropa gözlərini bu məsələyə bağlı saxlayıb. Bu bizim qonşuluğumuzda olan vacib regiondur, orada baş verən hadisələr birbaşa bizə təsir edir. Biz Avropa Komissiyasını Ali Nümayəndəsi və vitse-prezidentinə mümkün qədər tez bir zamanda regiona səfər etməyə və Avropanın öhdəliklərini nümayiş etməyə çağırırıq. Avropa Parlamentinin üzvləri kimi dialoqa gedə biləcəyini, danışıqları bərpa edəcəyini və sülh üçün yol tapa biləcəyini nümayiş etdirən Azərbaycan rəhbərliyinə inanırıq”.

0
34