Bakı yollarında nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Bakı yollarında nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Yollarda xətlər və zolaqlar yenidən rənglənir.

Bu gündən etibarən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin yenidən rənglənməsi işlərinə start verilir.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Oxu.Az-a daxil olan məlumata görə, ilk olaraq sözügedən işlərə bu gün saat 11:00-dan Zaqulba prospektində başlanılır. 

Sözügedən prospektin hər iki istiqaməti üzrə aparılacaq rəngləmə işləri ilə əlaqədar hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Rəngləmə işləri axşam saatlarınadək davam edəcək.

 Axşam saat 23:00-dan etibarən isə yol cizgi və yol göstərici xətlərin, həmçinin piyada keçidlərinin yenidən rənglənməsi işləri Nəsimi rayonu Kövkəb Səfərəliyeva və Rixard Zorge küçələrində aparılacaq.

Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə də hərəkət dayandırılmadan qismən məhdudlaşdırılma tətbiq olunacaq.

0
16