Misirdə zəlzələ

Misirdə zəlzələ

Misirdə Qırmızı dənizin Aqaba körfəzində, Dəhəb kurort şəhəri yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 03:45-də qeydə alınıb.

Yeraltı təkanların episentri Dəhəbdən 25 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

0
17