Polis 240 milyonluq kokain aşkarladı

Polis 240 milyonluq kokain aşkarladı

Kolumbiya polisi Panama ilə sərhəddə 8 ton  kokain müsadirə edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, külli miqdarda narkotik maddə ölkənin şimal-qərbindəki Antyokiya departamentində, yeraltı zirzəmilərdən birində aşkarlanıb.

Müsadirə olunmuş narkotik maddənin 240 milyon dollar dəyərində olduğu bildirilir. İnsidentlə əlaqədar 3 nəfər saxlanılıb.

Kolumbiyanın müdaifə naziri Luis Karlos Vilyeqas yükün Usuqa narkokartelinə məxsus olduğunu bildirib. Onun rəhbəri barədə məlumat verənə isə ABŞ 5 milyon dollar vəd edib.

BMT-nin hesablamalarına görə, Kolumbiyada hər il 442 ton kokain istehsal edilir. 2015-ci ildə ölkədə 252 ton narkotik maddə müsadirə olunub.

0
17