İstanbulda partlayış: 4 yaralı

İstanbulda partlayış: 4 yaralı

Türkiyənin İstanbul şəhəri Maltəpə adlanan ərazidə körpünün altında partlayış baş verib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, körpünun altında səs bombası partladılıb.  Yaralılar xəstəxanaya çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0
19