Diyarbəkirdə polisə hücum: 1 yaralı

Diyarbəkirdə polisə hücum: 1 yaralı

Diyarbəkirdə naməlum şəxslər polis məntəqəsinə hücum edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 polis əməkdaşı yaralanıb.

Məlumata əsasən, atəş hərəkətdə olan maşından açılıb.

Yaralı hadisə yerinə gələn təcili yardımla Diyarbakır Hərbi Xəstəxanasına çatdırılıb.

Cinayətkarların tutulması istiqamətində bölgədə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

0
15