Bakıda türkiyəli biznesmenə qarşı dələduzluq

Bakıda türkiyəli biznesmenə qarşı dələduzluq

O,polisə şikayət edib.

Bakıda fəaliyyət göstərən türkiyəli biznesmen üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsinə müraciət edən Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Güntekin Bayram Şevket oğlu 6890 manatının mənimsənildiyini bildirib.

Şikayətçi qeyd edib ki, 2014-cü ilin 12 fevral tarixində İsmayıl İnam adlı şəxs ona məxsus olan və Ziya Bünyadov prospektində yerləşən "Yavuzlar" inşaaat materialları mağazasından xeyli mal götürüb. Lakin həmin şəxs borcunu 2 ildən artıqdır ki, ödəmir.

Müraciət əsasında araşdırma aparılır. 

0
27