Bağdadda partlayış: 4 ölü, 9 yaralı

Bağdadda partlayış: 4 ölü, 9 yaralı

İraqın paytaxtında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Bağdadın cənubunda qeydə alınıb.

Məlumata əsasən, əsgərlərin olduğu hərbi konvoy ərazidən keçdiyi zaman minalanmış avtomobil partladılıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

0
22