Cüdoçularımız Almatıda 3 medal qazanıb

Cüdoçularımız Almatıda 3 medal qazanıb

Qazaxıstanın Almatı şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri Azərbaycan milli komandası üçün uğurlu olub. Cüdo Federasiyasından apasport.az saytına verilən xəbərə görə, yığmamız beynəlxalq yarışda 3 medal qazanıblar.

100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Qran-Prinin qızıl medalına sahib olub. Ağır çəkidə yarışan Uşangi Kokauri yalnız finalda uduzaraq, gümüş medal qazanıb.

Daha bir cüdoçumuz Məhəmmədəli Mehdiyev (90 kq) yarışı bürünc medalla başa vurub. Hər üç idmançımız bu uğurlarla Rio olimpiadasına vəsiqə qazanmaq şanslarını yüksəldiblər.

0
22