Məşhur stadionda terror həyəcanı

Məşhur stadionda terror həyəcanı

"Mançester Yunayted" – "Bornmut" matçı terror təhlükəsi səbəbindən baş tutmayıb. Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, "Old Trafford" stationunda keçirilməsi nəzərdə tutulan oyundan əvvəl terror xəbərdarlığı edilib. Təhlükəsizlik xidməti əməkdaşları azarkeşləri meydandan çıxararkən tribunada şübhəli paket tapıblar.

İngiltərə premyer liqasının son həftəsində "Mançester Yunayted" doğma meydanda Bornmutu qəbul etməli idi. Lakin oyunun başlanmasına 5 dəqiqə qalmış stadion tamamilə boşaldılıb.

0
22